Əliyev Kavelaşvilini təbrik etdi

XƏBƏR XƏTTİ
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb.

Mecra.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur.

Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və səmimiyyət şəraitində keçən məhsuldar görüşümüzü, apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.

Siyasi əlaqələrimizin intensivliyi və ali səviyyədə fəal dialoqun mövcudluğu bütün sahələrdə əməkdaşlığımızın daha da dərinləşdirilməsi üçün əlverişli imkan yaradır.

İnanıram ki, dövlətlərimizin maraqları, xalqlarımızın mənafeyi və regionumuzun rifahı naminə sağlam təməllər üzərində qurulmuş və xoş ənənələrə əsaslanan Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığı birgə səylərimizlə bundan sonra da möhkəmlənməyə və genişlənməyə davam edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost və qardaş Gürcüstan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt