Bayram ərəfəsində rayonlarda günlük kirayə evlərə tələb artıb: Qiymətlər bəlli oldu – VİDEO

Qurban bayramı ilə əlaqədar rayonlara axın edən turistlərin günlük kirayə evlərə üstünlük verməsi bölgələrdə qiymət artımına səbəb olub.

Mecra.az Xəzər TV-yə istinadən xəbər verir ki, İsmayıllıda kirayə evlərə tələbat xüsusilə yüksəkdir. Yerli sahibkarların sözlərinə görə, artıq yerlərin 90%-i rezerv olunub. Qiymətlərdə ötən illə müqayisədə 50-60 manatlıq fərq müşahidə edilir. Evlərin şəraitindən (həyətyanı sahə, hovuz və s.) asılı olaraq qiymətlərdə 20-30 manatlıq dəyişikliklər qeydə alınır.

Lənkəranda isə vəziyyət fərqlidir. Əvvəlki illərlə müqayisədə zənglərin sayında azalma müşahidə olunur. Burada qiymətlər evlərin şəraitinə görə dəyişir:

Sadə evlər: 50-60 manat;

Bağ evləri: 80-100 manat;

Hovuzlu evlər: 100-300 manat aralığında dəyişir.

Zaqatalada isə qiymətlər nisbətən daha münasibdir. Burada 30 manatdan başlayaraq 80 manata qədər müxtəlif büdcəyə uyğun evlər tapmaq mümkündür. Ərazidəki hotellərdə də bayram hazırlıqları görülür və qiymətlər 40-100 manat arasında dəyişir.

Turizm sektorunda çalışanların verdiyi məlumata görə, bayram günləri yaxınlaşdıqca rezervasiya üçün boş yerlərin sayı sürətlə azalır.

 

👁 49 baxış