Daha bir itkin şəhid dəfn olundu – FOTOLAR

XƏBƏR XƏTTİ
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür – FOTO•İlham Əliyev onları belə təbrik etdi – “Gözəl oyun nümayiş etdirdiniz”•İnfantinodan Prezidentə xatirə hədiyyələri – FOTOLAR•Ceyhunu qətlə yetirib qaçan Elmar dünya çempionu imiş – FOTOLAR•Prezident ailəsi ilə FIFA U-15 dünya çempionatının açılış mərasimini izlədi – FOTOLAR•Deputatın oğlunun iştirakı ilə dəhşətli cinayətdə öldürülən Ceyhunla bağlı şok detal•Kütləvi davada qətl törədib gizlənən şəxslər saxlanıldı – DTX-dən əməliyyat•Lənkəranda balıq tutmağa gedən kişinin meyiti tapıldı•

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş şəhid Rəşadət Piriyev torpağa tapşırılıb.

Mecra.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra o, Bərdə rayonunun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunub.

Dəfn mərasimi N saylı hərbi hissənin hərbi orkestrinin müşayiəti ilə təşkil edilib. Şəhidin ruhuna ehtiram əlaməti olaraq yaylım atəşi açılıb. Mərasimdə rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Qeyd edək ki, R. Piriyev 1992-ci ildən 701 saylı hərbi hissənin 5-ci Bərdə taborunda xidmət edib. O, Laçın, Ağdam və Kəlbəcər istiqamətlərində gedən döyüşlərdə iştirak edib.

Şəhid 1994-cü ilin fevral ayında Kəlbəcərin Qızılqaya istiqamətində gedən döyüşlər zamanı itkin düşüb. 2025-ci ildə döyüş yoldaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində onun nəşi şəhid olduğu ərazidə aşkarlanıb (Qafqazinfo).









Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt