Təhsil sektorunun müdiri yeni məktəb binasında aparılan işlərlə tanış oldu – FOTOLAR

Cəlilabad rayonu Kövüzbulaq kənd tam orta  ümumtəhsil məktəbinin müasir standartlara cavab verən yeni binası tikilir.

Mecra.az xəbər verir ki, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon təhsil sektorunun müdiri İlkin Zeynalov gedən işlərlə tikinti meydançasında tanış olub.

Qeyd edək ki, rayonun Kövüzbulaq kəndində iki mərtəbədən ibarət 180 şagird yerlik olmaqla inşa edilən məktəbdə tikinti işləri Azərbaycan Respublikasının Elm və Təhsil Nazriliyi tərəfindən aparılır. Binada  müasir standartlara cavab verən geniş tədris otaqları ilə bərabər, açıq idman meydançası, qapalı idman zalı, laboratoriya, kompüter otaqları, oxu zalı-kitabxana, bufet və digər zəruri xidmət otaqları mövcud olacaqdır.

Binanın yeni tədris ilində şagirdlərin istifadəsinə verilməsi planlaşdırılır. İnanırıq ki, yeni məktəb binasında şagird və müəllimlərimiz üçün yaradılmış müasir və geniş təhsil imkanları onların qısa vaxt ərzində böyük uğurlar qazanmasına xidmət edəcəkdir!

👁 158 baxış