Sərnişin ekipaj üzvünü dişlədi, təyyarə təcili eniş etdi – VİDEO

XƏBƏR XƏTTİ
Oleşkidə atəşkəs qüvvəyə mindi•“Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi”•“Həzi Aslanov” – “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu•“Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir”•Bakıda yeni park salınır – FOTOLAR•Səday Alıyevə cinayət işi açıldı – Üç milyonluq mənimsəmə•Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş…•Prezident Forumda iştirak edir – Video – Fotolar•Oleşkidə atəşkəs qüvvəyə mindi•“Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi”•“Həzi Aslanov” – “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu•“Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir”•Bakıda yeni park salınır – FOTOLAR•Səday Alıyevə cinayət işi açıldı – Üç milyonluq mənimsəmə•Elmarla Emin başqa cinayətə görə də axtarışda imiş…•Prezident Forumda iştirak edir – Video – Fotolar•

Avstraliyanın Melburn şəhərindən ABŞ-nin Texas ştatının Dallas şəhərinə uçan “Qantas Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsində insident baş verib.

Mecra.az xəbər verir ki, uçuş zamanı sərnişinlərdən biri kabin heyətinə hücum edərək, ekipaj üzvünü dişləyib.

Hadisə təxminən uçuşun bir neçə saatından sonra baş verib.

Şahidlərin bildirdiyinə əsasən, sərnişinin sərxoş olduğu ehtimal edilir və o, kabin heyətinin xəbərdarlıqlarına baxmayaraq, aqressiv davranışını davam etdirib. Təyyarədə yaranan gərginlik zamanı bəzi sərnişinlərin də müdaxilə edərək vəziyyəti sakitləşdirməyə çalışdığı qeyd olunur.

Pilot təhlükəsizlik səbəbilə marşrutu dəyişərək, təyyarəni Fransız Polineziyasında yerləşən Taiti adasının paytaxtı Papeete şəhərinə yönləndirib və orada təcili eniş həyata keçirilib.

Enişdən sonra polis tərəfindən sərnişin nəzarətə alınıb. Aviaşirkət isə həmin şəxsə ömürlük uçuş qadağası tətbiq edildiyini açıqlayıb.

Təyyarə yanacaq doldurulduqdan sonra səfərinə davam edib və Dallas istiqamətinə yola düşüb. Hadisə səbəbindən reysin bir neçə saat gecikdiyi bildirilib (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt