“Həzi Aslanov” – “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu

XƏBƏR XƏTTİ
Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu•“Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”•Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR•Oleşkidə atəşkəs qüvvəyə mindi•“Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi”•“Həzi Aslanov” – “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu•“Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir”•Bakıda yeni park salınır – FOTOLAR•Ucar Mərkəzi Xəstəxanasında mənimsəmə qalmaqalı: Vəzifəli şəxs həbs olundu•“Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız”•Bəzi şəxslərin iş və istirahət saatları ilə bağlı YENİ QƏRAR•Oleşkidə atəşkəs qüvvəyə mindi•“Biz müharibədən qalib çıxdıq və bizim mübarizəmiz düzgün idi”•“Həzi Aslanov” – “İçərişəhər” xəttində birbaşa hərəkət bərpa olundu•“Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlər üzrə birlik nümayiş etdirir”•Bakıda yeni park salınır – FOTOLAR•

Oktyabrın 27-dən “Həzi Aslanov-İçərişəhər” sahəsində birbaşa hərəkət bərpa olunub.

Mecra.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Bildirilib ki, “Həzi Aslanov-Əhmədli” mənzilində məkik hərəkət ləğv edilərək “Həzi Aslanov–İçərişəhər” istiqamətində qatarların hərəkəti əvvəlki qaydada bərpa edilib.

Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyədir.

Xatırladaq ki, 1981–1987-ci illərdə inşa edilmiş yol dalanının izolyasiya qatı 20 ildən artıq istismar müddətində qrunt suları və eroziya səbəbindən sıradan çıxdığı üçün ərazidə kompleks yenidənqurma aparılıb.

2025–2030-cu illər üzrə Dövlət Proqramı çərçivəsində Bakı Metropoliteni tərəfindən icra olunan bu layihə metropoliten infrastrukturunun müasirləşdirilməsinə və sərnişindaşıma təhlükəsizliyinin artırılmasına xidmət edir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt