Cəlilabadda “Sağlam məhəllə” layihəsi icra olunur – FOTOLAR

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar ölkənin hər yerində, o cümlədən rayon və şəhərlərdə abadlıq, yenidənqurma və infrastrukturun müasirləşdirilməsi işləri geniş vüsət alıb.

Mecra.az xəbər verir ki, Cəlilabad rayon icra hakimiyyəti başçısının birinci müavini Qalib Xudaverdiyev və Lənkəran–Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə “Sağlam məhəllə” layihəsi çərçivəsində aparılan abadlıq-quruculuq işləri ilə yerində tanış olublar.

Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2024-cü il tarixli Sərəncamına əsasən Gənclər və İdman Nazirliyinin sifarişi ilə həyata keçirilən layihə çərçivəsində Zərifə Əliyeva küçəsində, 28 nömrəli yaşayış binasının qarşısında müasir idman zonası yaradılır. Ərazidə mini-futbol və basketbol meydançaları, həmçinin müxtəlif idman avadanlıqları quraşdırılacaq.

Layihənin əsas məqsədi əhalinin, xüsusilə gənclərin açıq havada idmanla məşğul olmasını stimullaşdırmaq, sağlam həyat tərzini təbliğ etmək və idman infrastrukturunu gücləndirməkdir.

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt