Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq düsturu

Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxışından göründüyü kimi, Avropa İttifaqı Azərbaycanla münasibətlərinin hazırkı səviyyəsini, Azərbaycanın əhəmiyyətini və ikitərəfli əlaqələrin inkişaf perspektivini düzgün qiymətləndirir. Bu, qurumun rəhbəri Antonio Koştanın -bəyanatında da aydın hiss olundu.

Qürur hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan söz və nüfuz sahibi kimi qlobal proseslərdə aktiv mövqeyi ilə seçilir. Bu reallığı əks etdirən çoxsaylı faktlar mövcuddur.

Beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq xalqımızın mənafeyini, müstəqil dövlətimizin inkişafını və perspektivlərini, ölkənin milli təhlükəsizliyinin təmin edilməsini müəyyənləşdirir. Azərbaycanın sülhsevər, demokratik proseslərin inkişafına xüsusi önəm yetirən müstəqil dövlət olması barədə beynəlxalq aləmdə müsbət rəy formalaşıb və ölkəmizə möhkəm inam yaranıb. Azərbaycanın öz milli maraqlarının gerçəkləşdirilməsi, həmçinin regional və qlobal mövqelərinin möhkəmləndirilməsi üçün iqtisadi və siyasi imkanlardan məharətlə istifadə edilib. Prezident İlham Əliyevin davamlı daxili və xarici siyasəti nəticəsində Azərbaycan regionda lider və beynəlxalq aləmdə etibarlı, inamlı tərəfdaş ölkə kimi tanınıb.

Dövlətimizin başçısı dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır, ölkəmizin haqlı mövqeyini müdafiə edən dövlətlərin sıralarının genişlənməsinə, Azərbaycanın qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq əməkdaşlıq məkanına çevrilməsinə nail olur, dövlətimizi addım-adım strateji hədəflərə yaxınlaşdırır

Fəxr edə bilərik ki, hazırda ölkəmiz təkmil sülh və enerji təcrübəsi ilə dünyanın diqqətindədir. İştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri ilə dünyanın enerji xəritəsini yenidən tərtib edən Azərbaycan regional inkişafın aparıcı qüvvəsi hesab olunur.

Ədalət  Əsgərov,

Cəlilabad Rayon Ağsaqqallar Şurasının sədri

 

👁 3 baxış