Biləsuvarda iki avtomobil toqquşub: Xəsarət alanlar var

Biləsuvar rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var.

Oxu.Az-ın məlumatına görə, hadisə ötən gün saat 21 radələrində rayonun Bəydili kəndi ərazisində qeydə alınıb.

Rayonun Xırmandalı kənd sakini, 1982-ci il təvəllüdlü Elməddin Şıxverdiyevin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Bəydili kənd sakini, 1996-cı il təvəllüdlü Rəsul Mirəlinin idarə etdiyi QAZ-24 markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində müxtəlif xəsarətlər alan hər iki sürücü Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Faktla bağlı araşdırma aparılır.

👁 3 baxış