“Nə idi o körpələrin günahı?!” – Dəhşətli qəzada ölən İsbinin yaxınları fəryad etdi – VİDEO

XƏBƏR XƏTTİ
Şanlı Zəfərin 6-cı ili – VİDEO•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Vətən müharibəsində şəhidlər döyüş meydanından necə çıxarılıb? – XTQ-nin giziri danışır – VİDEO•

Göygöldə baş verən dəhşətli yol qəzası  zamanı həlak olan 16 yaşlı İsbi Əliyevin yaxınları danışıblar.

Mecra.az xəbər verir ki, mərhumun atası bildirib ki, oğlu dostlarının çağırışı ilə evdən çıxıb:

“Evdə oturmuşdu, dostları zəng edib çağırdılar. Çıxıb getdilər, qayıtmadılar. Üçü sinif yoldaşı olub, biri də dostu. Azyaşlı uşağa maşın verilməməlidir. Ən böyük günah uşağa maşını verən atadadır”.

Mərhumun nənəsi isə nəvəsinin gələcəklə bağlı arzularının yarımçıq qaldığını deyib:

“Nəvəm 11-ci sinifdə oxuyurdu, arzusu var idi, İdman Akademiyasında oxumaq istəyirdi. Nə idi bizim günahımız?! Nə idi o körpələrin günahı?! Niyə yazıq etdilər bizi?!”

Qeyd edək ki, qəza nəticəsində 27 yaşlı sürücü Elvin Məmmədov və 16 yaşlı sərnişin İsbi Əliyev hadisə yerində ölüb. Digər iki sərnişin – 17 yaşlı Sənan Əsgərov və 16 yaşlı Tunar Süleymanov müxtəlif dərəcəli xəsarətləri alıb.

Daha ətraflı “Baku TV”nin videomaterialında:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt