Qaradağdakı əməliyyatda daha bir vəzifəli həbs edildi

XƏBƏR XƏTTİ
Prezident Xankəndidə açılışda – FOTOLAR•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•Prezident Xankəndidə açılışda – FOTOLAR•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Prezidentlə şəhid anası arasında səmimi dialoq•Yerimizdə saymadıq, gün saydıq… – 44 gün!•“Omid”in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri – Anbaan video•İlham Əliyev xanımı ilə Zəngilanı gəzdi – VİDEO•Prezidentin Cəbrayıl və Zəngilan səfərindən görüntülər•

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.

O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, icra hakimiyyətindəki əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilib.

Əməliyyat nəticəsində icra başçısının müavini Nadir Muradov və böyük məsləhətçi (memar) Qafar Abdullayev də həbs edilib. Vəzifəlilər hamısı korrupsiyada ittiham olunur.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt