Cəlilabadda ümumtəhsil məktəbində monitorinq aparıldı – FOTOLAR

XƏBƏR XƏTTİ
Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•

Ümumi təhsil müəssisələrində şagirdlərin sağlam qidalanmasının təmin edilməsinin vəziyyətinin öyrənilməsi məqsədilə Cəlilabad rayonu üzrə təhsil sektorunun müdiri İlkin Zeynalov və sektorun əməkdaşları tərəfindən Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına Cəlilabad şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbinin  bufet və yeməkxanasında  monitorinq aparılıb.

Mecra.az xəbər verir ki, monitorinq zamanı bufet və yeməkxana otaqlarının sanitar-gigiyenik vəziyyəti, qida məhsullarının saxlanma şəraiti, avadanlıq və inventarların texniki vəziyyəti, həmçinin personalın gigiyenik davranış qaydalarına riayət etməsi istiqamətində yoxlamalar həyata keçirilib.

Aparılan monitorinq zamanı təmizlik və qida təhlükəsizliyi normalarına əməl olunduğu, qidaların saxlanma şəraitinin tələblərə cavab verdiyi müəyyən edilsə də, bəzi hallarda məhsulların etiketlənməsində uyğunsuzluqlar və inventar çatışmazlıqları kimi nöqsanlara da rast gəlinmişdir.

Monitorinqlərin nəticələrinə əsasən, mövcud çatışmazlıqların aradan qaldırılması, yeməkxana işçilərinin maarifləndirilməsi və sanitariya-gigiyena qaydalarına daha ciddi riayət olunması məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilmiş, müntəzəm nəzarət tədbirlərinin davam etdirilməsi şagirdlərin sağlam və təhlükəsiz qidalanmasının təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılmışdır.

Vasif ƏLİHÜSEYN

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt