“Dabaq xəstəliyi yayılmasaydı, yoxlama aparılmayacaqdı” – İlahiyyatçıdan haqlı irad

XƏBƏR XƏTTİ
Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•

Dabaq xəstəliyi yayılıb deyə qəssabxanalarda reydlər keçirilir, xeyli sayda pozuntular aşkarlanır. Demək dabaq xəstəliyi yayılmasaydı, yoxlama aparılmayacaqdı. Bütün sahələr belədir. Gərək ölüm – itim, xəstəlik, fəlakət olsun ki, o tərəfə baxan olsun.

Məsələn, ölkəni dəhşətə gətirən küçə itləri problemi həll olunmur. Keçmiş Qarabağ problemindən daha ağır problemə çevrilib. Uşağı, böyüyü, qocanı, cavanı, qızı, gəlini dişləyir, qorxudur, xəstəlik yayır. On minlərlə şikayət var, demək olar ki, ölkənin bütün televiziyaları bu mövzuda süjet verib, çağırış edib, xeyri yoxdur. Görünür, gözləyirlər ki, daha böyük fəlakət olsun. Məsələn, bir gündə 40-50 adam quduza yoluxsun, yaxud imkanlı vəzifəli birinin uşağını parçalasın ki, bəlkə bu qlobal problemə humanist yanaşılsın.

Dəhşətdir. Bu cür biganəlik, səhlənkarlıq, anti – insani davranışla hansı dövrə qayıdırıq? Daş dövrünə? Bu məmurlar Azərbaycana haçan Vətən kimi yanaşacaq? Hələ ki, icarə obyekt kimi yanaşırlar. Kirayədə qalan adam sındırdığı qapını ev sahibi görüb irad bildirməsə düzəltmir. Bax bu ölkəyə də harınlar kirayə kimi baxır. Vətən kimi yox…

Bir də görürsən böyük bir ağacın qurumuş budağı külək əsəndə tərpənir. Yüz dəfə müraciət edirsən, baxan olmur. Elə ki, tufan qalxıb ağacı 3-4 maşının üstünə salır, bir neçə nəfər də bədbəxt olur, dərhal 10-15 idarədən qalstuklu, şişqarın adamlar tökülüb gəlir məsələni “həll” etməyə…

İmam Əli demişkən, olmazmı başınıza gəlməmiş başa düşəsiniz? Dövlət başçısı tərəfindən dəfələrlə deyilir ki, rüşvət almayın, xalqa xəyanət etməyin. Yox, gərək Ramizin gününə düşəsiniz, sonra anlayasınız? Vəzifə daşıyıb dövlət başçısına, xalqa, dövlətə xəyanət edənin sonu budur. Bütün hadisələrdə əslində ibrət var. Amma gəlin görək ibrət alan varmı?

Tural İrfan, ilahiyyatçı

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt