Cəlilabadda bağlarda üzüm yığımı yekunlaşdı – 15 min 510 ton məhsul yığılıb

XƏBƏR XƏTTİ
Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələri ilə görüş keçirildi – FOTOLAR•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələri ilə görüş keçirildi – FOTOLAR•Prezidentin sakinlə zarafatı – “Qonşuyuq?”•

Cəlilabad rayonunda üzüm bağlarında məhsul yığımı başa çatıb.

Mecra.az xəbər verir ki, bağlardan bu il 15 min 510 ton məhsul tədarük edilib.

2024-cü ildə isə Cəlilabadın üzüm bağlarından 17 min ton məhsul toplanıb.

Fermerlər məhsulun azalmasını bir neçə səbəblə əlaqələndirirlər.

Onların sözlərinə görə, bu il havaların əlverişsiz keçməsi zərərvericilərin artmasına səbəb olub. Bu da üzümün məhsuldarlığını aşağı salıb. Fermerlər, həmçinin məhsulun satışında da çətinlik olduğunu qeyd edir. Buna görə də məcbur olaraq bağları ləğv edib, digər gəlir gətirən bitki növləri əkilir. (Report).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt