“Sədərək”dəki sahibkarlar nədən narazıdır? – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Qafqaz regionundakı ən böyük ticarət mərkəzi olan “Sədərək”də Dövlət Reklam Agentliyi (ADRA) ilə sahibkarlar arasındakı narazılıq barədə məlumat vermişdik.

Mecra.az xəbər verir ki, ticarət mərkəzinin mətbuat katibi Kəmaləddin Qədim İctimai TV-yə bildirib ki, agentliyin atdığı addımlar qanunsuzdur: “Bura bizim qapalı ərazimizdir. Reklam agentliyinin işçiləri artıq neçənci dəfədir ki, heç bir xəbərdarlıq etmədən ağır texnikalarla gələrək söküntü aparmağa çalışırlar. Halbuki bura qapalı ərazidir və onların gəlib söküntü aparması qanunsuzdur. Reklam haqqında qanun da bunu deyir”.

Dövlət Reklam Agentliyindən isə bildirilib ki, qanunvericiliyə əsasən açıq məkanlardakı reklamlar mülkiyyət əsasında müəyyən edilmir və “Sədərək”dəki reklam lövhələri açıq məkanda yerləşdirilməklə yol kənarlarından, uzaq məsafələrdən açıq şəkildə görünür.

Qeyd edək ki, ticarət mərkəzində sahibkarlarla və ADRA əməkdaşları arasında baş vermiş insident zamanı bir neçə nəfər xəsarət alıb. Hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.

Daha ətraflı süjetdə:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt