Cəlilabad rayonunun Göytəpə şəhər Vasif Hüseynov adına 2 nömrəli tam orta məktəbin idman zalında Lənkəran-Astara Regional Gənclər və İdman idarəsi və Ümüd Qasımzadə adına Ağır Atletika İdman Klubunun birgə təşkilatçılığı ilə şəhid ağırlıqqaldıran Ümüd Qasımzadənin xatirəsinə həsr olunan rayon turniri keçirilib.
Mecra.az xəbər verir ki, yarışın açılış mərasimi Dövlət Himninin səslənməsi ilə başlanıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Yarışın nəticəsinə uyğun olaraq qaliblərə diplom və medallar təqdim olunub. Tədbirdən sonra Ümüd Qasımzadənin məzarı ziyarət edilib.
Qeyd edək ki, Ümid Qasımzadə 2001-ci ildə Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olub. O, uşaq yaşlarından idmanın ağırlıqqaldırma növü ilə məşğul olub. Ü.Qasımzadə 2019 və 2020-ci illərdə gənclər arasında keçirilən Azərbaycan çempionatlarında gümüş medallara layiq görülüb.
İgidimiz 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Həmin il başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 13-də Füzuli uğrunda döyüşlər zamanı şəhid olub. Cəlilabad rayon Göytəpə şəhərində dəfn edilib.
Ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təlfif olunub.
Vasif ƏLİHÜSEYN
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!















👁 baxış
