Xalq artisti Ağadadaş Ağayev ilk dəfə ötən il “Medera Hospital”da mühafizəçi Nurəddin Cəlilovla yaşadığı insident barədə danışıb.
Mecra.az xəbər verir ki, sənətçi Ulvira Qarayevanın aparıcısı olduğu “Həftənin qonağı” proqramında həmin hadisəyə münasibət bildirərək, baş verənlərə görə peşman olmadığını deyib:
“Cəzalı duruma düşdüm, amma bəzi şeylərin açıqlamasını verməyəcəyəm. Əgər orada evdən çıxmasaydım, gərək tuman geyinib gəzərdim. Dörd dəfə qapıma gəlib qapını dağıdırdı ki, çıx bayıra. Bu, qəsdən idi. Kişi kimi doğulmuşam, kişi kimi də yaşamışam. Çıxıb əlbəyaxa olmalı idim. Şortikdə olduğumu da bilməmişəm. O, məni qıcıqlandırmaq üçün gəldi. Peşmanam, çünki efirdə ağsaqqallardan üzr istədim. Amma yenə belə hal olsa, peşman olmaram, yenə edərəm. Mərhəmət hissi ilə onu bağışladım, yoxsa 3-5 il yatacaqdı. Sonradan da gedib başqa bir iş tutdu və həbs olundu”.
Həmin görüntüləri təqdim edirik:
👁 baxış
