Qazi maşını o qədər “prava”sız sürüb ki, 34 min cərimə yığılıb – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

“Cənab Prezidentin mənə verdiyi avtomobili “Nəvai” postunda saxlayaraq əlimdən alıblar. Buna səbəb kimi 34 min manat cəriməmin olduğunu deyiblər”.

Mecra.az xəbər verir ki, bunu Baku TV-yə müsahibəsində qazi Rəşad Əhmədli deyib.

“Bu günə kimi heç bir yol polisi məni saxlayıb deməyib ki, bu qədər cəriməm var, ya da “pravam” yoxdur. Maşınım cərimə meydançasına aparıldığı gündən bu yana cərimələrimin üstünə faiz gəlir. Qayda pozuntusu etmiş ola bilərəm, amma birinci dəfə cərimə olunsaydım, bir daha buna yol verməzdim”, – deyə şikayətçi əlavə edib.

O bu vaxta qədər sürücülük vəsiqəsi almamasına isə belə aydınlıq gətirib: “Elə bilirdim ki, əlillərə “prava” verilmir. Amma nazirliyin icazə kağızı ilə sürücülük vəsiqəsi almaq olurmuş”.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Rəşad Əhmədlinin sözügedən məsələ ilə bağlı müraciəti nəzarət qaydasında araşdırılıb: “Araşdırma zamanı onun törətdiyi yol hərəkəti qaydaları əleyhinə olan hüquq pozuntuları ilə bağlı yaranmış cərimə öhdəliklərinə xitam verilməsinə dair hüquqi əsaslar müəyyən olunmayıb”.

Daha ətraflı videomaterialda:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt