Cəlilabadda şəhid küçələri asfaltlandı – FOTOLAR

Cəlilabad şəhərində şəhid Camal Əliyev adına küçədə və şəhid Rəfail İşiyevin ailə üzvlərinin yaşadığı Kərim Kərimov adına küçədə asfaltlanma işləri aparılıb.

Mecra.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən, başçının birinci müavini Qalib Xudaverdiyev şəhid Camal Əliyev küçəsinin 340 metr hissəsində və Kərim Kərimov küçəsinin 315 metr hissəsində görülmüş asfaltlanma işlərinə baxış keçirib.

Bildirilib ki, yeni asfalt örtüyü ilə təmin edilən küçələr sakinlər üçün daha rahat və təhlükəsiz hərəkət imkanı yaradır. Bu cür layihələr, şəhidlərimizin adını əbədiləşdirmək və onların ailələrinə olan dövlət qayğısını göstərmək baxımından mühüm əhəmiyyət kəsb edir.

Şəhid ailələri və eləcə də yaşayış məntəqələrinin sakinləri görülmüş işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə davam etdirilir.

Vasif ƏLİHÜSEYN

👁 baxış