Donetsk vilayətinin Konstantinovka şəhərinin Azərbaycan əsilli sakini, əslən Xaçmaz şəhərindən olan 1968-ci il təvəllüdlü Müzəffər Sabir oğlu Abbasov Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.
Mecra.az “Report”a istinadən xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.
Müzəffər Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.
Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.
👁 baxış
