Prezident Maya Sandu ilə görüşdü – FOTOLAR

XƏBƏR XƏTTİ
Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələri ilə görüş keçirildi – FOTOLAR•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Səmalarda qürurla dalğalanan üç rəngli bayraq! “Bayraq mənliyimdir, bayraq mənliyim,  Azərbaycan adlı məmləkətimdir!”•Cəlilabadda təhsil müəssisələrində çalışan şəhid ailələri ilə görüş keçirildi – FOTOLAR•

Azərbaycan Prezidenti İlham Əliyev Kopenhagendə Moldova Prezidenti Maya Sandu ilə görüşüb.

Mecra.az xəbər verir ki, dövlət başçısı Moldovada keçirilmiş parlament seçkilərində Maya Sandunun rəhbərlik etdiyi hakim Fəaliyyət və Həmrəylik Partiyasının qələbə qazanması münasibətilə təbriklərini çatdıraraq, bu seçkilərin Moldova xalqının iradəsini əks etdirdiyini deyib.

Moldova Prezidenti təbriklərə görə təşəkkürünü ifadə edib. O da öz növbəsində Vaşinqtonda Ermənistanla Azərbaycan arasında Amerika Birləşmiş Ştatlarının şahidliyi ilə sülh gündəliyi üzrə əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevi təbrik edib.

Təbriklərə görə minnətdarlığını bildirən dövlət başçısı Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə bağlı əldə olunmuş nəticələrin tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Görüşdə ikitərəfli münasibətlərimizin inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb, xüsusilə də enerji sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğu vurğulanıb.

Prezident Maya Sandu Moldovanın xüsusilə enerjiyə ehtiyac duyduğu zamanda Azərbaycanın göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt