Xanı qələbəyə arxayın oldu

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Polkovnik-leytenant Raquf Orucov Ağdamda hərbi hissə komandiri olanda Xanının da xidmət keçdiyi kəşfiyyat bölüyünə tez-tez gedirmiş. Bunun iki səbəbi vardı:

 

  1. Raquf özü kəşfiyyatçı idi və onlarla xüsusi maraqlanırdı.
  2. Xanıya “Ana segahı” oxudurdu.

 

Bütün bunları mənə Xanı danışmışdı. Deyirdi, hər oxuyanda necə qüssələnirdisə, məəttəl qalırdım.

Murov Qartalına adi bir ifa niyə bu qədər təsir erdirdi?

 

Xanı sonralar öyrənib ki, Raqufun anası kəndləri alınan gecə şəhid olub…

Xanı ləqəbi ona – Səyyaf Əhmədova səsinə görə, Xan adına bənzədilərək verilmişdi.

 

Qorxmaz adam idi. İlan gülləyə atılan kimi atılırdı ölümə. O boyda odun-alovun içindən keçdi, ağır yaralandı, ölmədi, amma sülh vaxtı minadan qoruna bilmədi.

Özü də keçmiş təmas xəttində!

 

Düşmən əsgərləri orada varkən ehtiyatı əldən vermədən keçib gedirdi, indi bacarmadı. Qələbəyə arxayın oldu.

Amma bəlkə də ora ölməyə getmişdi Xanı.

Qələbədə böyük sevinclərlə yanaşı həm də qəfil bir boşluq olur. Sanki həyatın mənası itir. İnsan bütün hallarda uduzduğunu başa düşür.

 

Ən azı zamanı uduzduğunu…

Ölümsə zamansızlıqdır, çəkisizlikdir, “Ana segahı”nın içidir…

Xanı indi öz səsinin içində Raqufla yanaşı addımlayır…

 

Yəqin, xoşbəxtdir.

Heç olmasa indi…

 

Şərif Ağayar, yazıçı

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt