Cəlilabadda şəhidlərə həsr olunan “İki nəfəs-bir vətən” kitabı təqdim olundu – FOTOLAR

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Cəlilabadda Heydər Əliyev Mərkəzində birinci Qarabağ şəhidi Hilal Dövlət oğlu Hüseynova və qardaşı oğlu, antiterror əməliyyatı zamanı şəhid olan Hüseynzadə Ramazan Həmdullah oğlunun xatirəsinə yazıçı Natavan Zahidqızı tərəfindən yazılmış “İki nəfəs-bir vətən” adlı kitabın təqdimatı olub.

Mecra.az xəbər verir ki, tədbirdə şəhidin ailə üzvləri, rayonun rəhbər şəxsləri, qazilər və şəhid ailələri iştirak ediblər. Onlar Hüseynovlar ailəsinin vətənpərvəliyindən danışıblar.

Qeyd edək ki, şəhid Hilal Hüseynov Rusiyanın Maqadan şəhərində hərbi xidmətini başa vurub. 1993-cü ildə isə o, qardaşları Həmdullah və Arazla birinci Qarabah müharibəsinə qatılıb. 1994-cü ildə isə itkin düşüb. Ona 2001-ci ildə şəhidlik statusu verilib.

Şəhid Ramazan Hüseynzadə isə 20 sentyabr 2023-ci ildə lokal xarakterli antiterror əməliyyatları zamanı qəhrəmancasına şəhid olub. Şəhid Hüseynzadə Ramazan Həmdulla oğlu ölümündən sonra “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Şəhidin qardaşı Eldəniz Hüseynzadə də Vətən müharibəsi iştirakçısıdır. O, göstərdiyi xidmətlərinə görə  “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndindən azad olunasına görə” və “Şuşanın azad olunmasına görə medalları ilə təltif edilib.

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN

  

 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt