2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan və rus dillərində) açıqlanıb.
Mecra.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Proqramlarla aşağıdakı keçidlər vasitəsilə tanış ola bilərsiniz:
1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)
2. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)
Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq olunacaq. Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.
Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.
Ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Biologiya (Azərbaycan bölməsi)
Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7 və 8-ci, coğrafiya fənnindən isə 6 və 7-ci siniflərdə yeni kurikulum standartları əsasında hazırlanmış dərsliklər istifadəyə verilmişdir. Bu dərsliklər məzmun və yeni terminlərin işlənməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Fizika (Azərbaycan bölməsi, 7)
Biologiya (Azərbaycan bölməsi, 7)
Coğrafiya (Azərbaycan bölməsi, 6)
Fizika (Azərbaycan bölməsi, 8)
Biologiya (Azərbaycan bölməsi, 8)
Coğrafiya (Azərbaycan bölməsi, 7)
Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərindən yeni dərsliklər istifadəyə verilmişdir. Bu dərsliklər məzmun baxımından əvvəlki nəşrlərdən müəyyən qədər fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Azərbaycan tarixi (Azərbaycan bölməsi)
Azərbaycan tarixi (Rus bölməsi)
Ümumi tarix (Azərbaycan bölməsi)
Respublikanın ümumtəhsil müəssisələrinin 5-cı siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq qəbul imtahanı proqramında saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.
Стихотворение “Я научилась просто, мудро жить…”, А.Т. Твардовский. Поэма “Василий Тёркин”, И.П. Третьяков. Рассказ “Бывают минуты…”, О. Хайям. Рубаи (“Книга жизни моей перелистана…”, “Мы источник веселья…”, “Принеси заключённый в кувшине рубин…”, “Поутру просыпается роза моя…”, “Нет ни рая, ни ада…”), Х. Ширази. Газель “Ветер нежный, окрылённый, благовестник красоты…”, О.Генри. Новелла “Последний лист”, Ч. Айтматов. Повесть “Лицом к лицу”). Вы можете ознакомиться с этими произведениями, перейдя по ссылке.
Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.
👁 baxış
