Ağdam şəhərinə ilk köçün tarixi AÇIQLANDI

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

“Ağdam şəhərinə ilk köç noyabrda olacaq”.

Mecra.az xəbər verir ki, bu fikirləri Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq 210 ailənin siyahısı dəqiqləşdirilib və noyabr ayından köç prosesinə başlanılacaq:

“İlk mərhələdə 1 268 ailənin köçürülməsi nəzərdə tutulur. Bu, kifayət qədər ciddi prosesdir və biz ona məsuliyyətlə yanaşırıq. Sakinlər öz yeni mənzillərindən məmnun qalacaqlar. Bu, həm də şəhərin inkişafına mühüm töhfə verəcək”.

Xüsusi nümayəndə bildirib ki, işğaldan azad edilmiş ərazilərdə sosial və iqtisadi infrastruktur sürətlə bərpa olunur:

“Hazırda 50 mindən çox vətəndaşımız bu ərazilərdə yaşayır və çalışırlar. Sahibkarlıq subyektləri də fəaliyyət göstərir. Ağdam Sənaye Parkı ölkənin ikinci ən böyük sənaye parkına çevrilib və burada bir çox müəssisələr uğurla fəaliyyət göstərir”.

Emin Hüseynov əlavə edib ki, Qarabağ və Şərqi Zəngəzurda xarici investorlar üçün geniş imkanlar mövcuddur:

“Son beş ildə dövlət böyükmiqyaslı infrastruktur layihələri həyata keçirib. Artıq əsas baza infrastrukturu hazırdır. Turizm, kənd təsərrüfatı, emal sənayesi, maşınqayırma kimi sahələrdə böyük potensial var. Hər bölgənin özünəməxsus üstünlükləri mövcuddur və bu, müxtəlif ixtisaslaşmaya malik investorların cəlbinə imkan yaradır. Dövlət başçısının tapşırığına uyğun olaraq, bütün işğaldan azad edilmiş ərazilər ciddi iqtisadi güzəştlərlə təmin edilib. Əhali də köçdükcə, investorlar üçün daha geniş imkanlar açılır. Bunun artıq bariz nümunələri var və gələcəkdə daha da çox olacaq” (oxu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt