DİN Cəlilabadda əməliyyat keçirdi – Saxlanılanlar var – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə əməliyyatlar davam etdirilir.

Mecra.az DİN-ə istinadən xəbər verir ki, Qaradağ və Cəlilabad rayonlarında keçirilən tədbirlər zamanı qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən İlkin Səyidli və Cavidan Həsənzadə saxlanılıblar. Onlardan ümumilikdə 30 kiloqram 590 qram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.

İ.Səyidli və C.Həsənzadənin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək narkotik vasitələri təyin edilən ünvanlardan götürdükləri və satış məqsədi ilə razılaşdırılan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Həmçinin C.Həsənzadə diqqətdən yayınmaq və yük avtomobili sürücüsü görüntüsü yaratmaq məqsədi ilə məhz idarə etdiyi iritonnajlı nəqliyyat vasitəsində narkotiklərin daşınmasını təşkil edib.

Faktlarla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt