Masallıda “Sənətkar ömrü” adlı görüş keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•“Yubiley tədbirləri planlaşdırılırdı, lakin sonraya saxlanıldı”•Azərbaycanda 14 yaşlı qız hamilə qaldı – Əsgər həbs edildi•Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular•
Sentyabrın 19-da Masallı Tarix-Diyarşünaslıq Muzeyində muzeyin, Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı və Masallı Dövlət Regional Kollecinin dəstəyi ilə “Sənətkar ömrü” adlı görüş keçirilib.

Tədbir rayonun tanınmış şəxsiyyətləri – şair, yazıçı, ifaçı, sənətkar və mədəniyyət xadimləri ilə keçirilən görüşlər silsiləsindən biri kimi təşkil olunub. Bu dəfəki görüş tanınmış televiziya rejissoru və aktyor Elçin Məmiyevlə baş tutub.

İlk öncə Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri muzeyin direktoru Əntiqə Tağıyeva açaraq iştirakçıları salamlayıb, görüşün əhəmiyyəti və məqsədi barədə məlumat verib. Daha sonra muzeyin kiçik elmi işçisi Nazənin Heydərzadə aktyor Elçin Məmiyevin sənət yolu və yaradıcılığı haqqında məruzə ilə çıxış edib.



Masallı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Zamin Məmmədov rejissorun çəkdiyi filmlərlə bağlı fikirlərini bölüşərək,filmlərin mövzu baxımından dərin məna daşıdığını qeyd edib.
Görüş interaktiv şəkildə davam etdirilib. İştirakçılar aktyora müxtəlif suallar ünvanlayıb, aktyor isə sualları səmimi və ətraflı şəkildə cavablandırıb.



O, sənət yoluna necə başladığını, qarşılaşdığı çətinlikləri və sənətdə qazandığı təcrübələri tədbir iştirakçıları ilə bölüşüb. Xüsusilə gənclərə daim öz üzərində çalışmağı və sənətə sevgi ilə yanaşmağı tövsiyə edib.

Sonda Elçin Məmiyevə hədiyyələr təqdim olunub və xatirə şəkli çəkilib.




 

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt