Cəlilabadda 20 sentyabr- Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

19 sentyabr 2025-ci il tarixdə Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib. Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən tədbirdə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, RİH başçısı aparatının əməkdaşları, idarə və müəssisə rəhbərləri iştirak ediblər.

Mecra.az xəbər verir ki, tədbiri giriş nitqi ilə açan Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov bildirib ki, 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması məqsədilə başlanılan antiterror tədbirləri nəticəsində müstəqilliyimizin simvolu olan Azərbaycan Respublikasının Dövlət Bayrağı bu gün suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır. Həmçinin 20 sentyabr–Dövlət Suverenliyi Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışmışdır.

Rafiq Cəlilov qeyd edib ki, tarixin müxtəlif dövrlərində üzləşdiyi çətinliklərə, işğallara, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın tükənməz milli sərvətidir.

Daha sonra YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı, Cəlilabad bələdiyyəsinin sədri Vahid Mirzəyev, Cəlilabad Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Ramil Əmənov və ADPU-nun Cəlilabad filialının tarix müəllimi Ələsgər Mirzəzadə çıxış edərək, tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan dövlətinin hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar. Tədbir iştirakçıları Dövlət Suverenliyi Gününün əhəmiyyətini bir daha dəyərləndirərək, Azərbaycanın suverenliyinin qorunmasının və inkişafının hər bir vətəndaş üçün prioritet olduğunu vurğulayıblar.

Vasif ƏLİHÜSEYN

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt