Xocalı rayonu Seyidbəyli kəndinə köçən ailələrə mənzillərin açarları təqdim olunub.
Mecra.az xəbər verir ki, Seyidbəyli kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
Qeyd edək ki, Seyidbəyli kəndinə ilk mərhələdə 30 nəfərdən ibarət 9 ailə köçürülüb.
Xocalı rayonuna yola salınan növbəti köç karvanı Seyidbəyli kəndinə çatıb.
Mecra.az “Report”a istinadən xəbər verir ki, Seyidbəyli kəndinə köçürülənlər ölkənin müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Seyidbəyli kəndinə 31 nəfərdən ibarət doqquz ailə köçürülüb.
“Böyük Qayıdış” proqramına uyğun olaraq, sentyabrın 13-də Xocalı rayonunun daha bir kəndinə əhalinin köç prosesi həyata keçirilir.
Mecra.az “Report”a istinadən xəbər verir ki, ilk mərhələdə Seyidbəyli kəndinə 31 nəfərdən ibarət doqquz ailə köçürülür.
Kəndə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
👁 baxış




