Mehdiabadda yaşayış binasında yanğın, sakinlər təxliyə olundu – VİDEO

XƏBƏR XƏTTİ
Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Şanlı Zəfərin 6-cı ili – VİDEO•

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yeddimərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

FHN-dən Mecra.az-a verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, habelə digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində yeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 96 kv.m olan üçotaqlı mənzilin bir otağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.

Təhlükəsizlik tədbirləri çərçivəsində 2-si azyaşlı olmaqla 15 nəfər bina sakini təxliyə edilib.

Mənzilin böyük hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt