Rafiq Cəlilov Göytəpə şəhərində yeni asfalt örtüyü vurulan küçələrə baxış keçirdi – FOTOLAR

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Son illər cənab Prezident İlham Əliyevin rəhbərliyi altında regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası sayəsində bütün bölgələrimiz, o cümlədən də Cəlilabad rayonu gündən-günə abadlaşır. Bir neçə ildə Cəlilabadda aparılan abadlıq işləri bunun bariz nümunəsidir.

Mecra.az xəbər verir ki, rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Belə ki, Göytəpə şəhərində nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür.

Bu gün Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə Göytəpə şəhər ərazisində Rövşən İsmayılov, İnqilab Niftullayev, Yusif Məmmədəliyev və Akif Xanışov küçələrində asfaltlanma işlərinə baxış keçirmişdir.

Görülən işlərlə yerində tanış olan Rafiq Cəlilov hər bir işin keyfiyyətinə üstünlük verilməsini bildirib, aidiyyəti üzrə tapşırıq və tövsiyələrini verib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt