Prezidentdən 1,5 milyonluq – SƏRƏNCAM

XƏBƏR XƏTTİ
Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Prezident Qarabağ Universitetində təməlqoyma mərasimində – FOTOLAR•“8 Noyabr – Zəfər Günü” Pirallahı rayonunda təntənə ilə qeyd edilib•Prezident Xankəndidə açılışda – FOTOLAR•8 Noyabr – Tarixə düşən zəfər möhürü! – DİN-dən videoçarx•

Prezident İlham Əliyev Masallı rayonunun Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Mecra.az xəbər verir ki, Sərəncama əsasən, səkkiz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl–Sirəbil–Allahyarlı–Molalan–Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə ilkin olaraq 1,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davam etdirilməsi üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Nazirlər Kabineti isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt