Ötən il həbs edilən cərrah azadlığa buraxıldı

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 3 il 6 aylıq həbsə məhkum edilmiş cərrah Azad Hüseynzadə azadlığa buraxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ali Məhkəmə belə qərar qəbul edib.

Hakimlər 67 yaşlı məhkumun cəmiyyətdən təcrid olunmadan da islah ola biləcəyini əsas gətirib. Bundan əlavə, onun 1-ci və 2-ci Qarabağ müharibələrində ön cəbhədə iştirak etməsi və yaşı da müstəsna hal kimi nəzərə alınıb.

Qərara əsasən, Azad Hüseynzadənin qalan 17 aylıq cəza müddəti şərti hesab edilib və o, dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, A.Hüseynzadə Füzuli Rayon Mərkəzi Xəstəxanasında işləyib. O, əməliyyat etdiyi qadının ölümündən sonra cinayət məsuliyyətinə cəlb edilib. Prokurorluqda aparılan araşdırma nəticəsində cərrahın korrupsiya cinayətinin də üstü açılıb.

Bu iş üzrə son 2 ildə müxtəlif instansiyalar fərqli qərarlar çıxarıb. Belə ki, 2023-cü ilin yayında A.Hüseynzadəyə xəstənin ölümünə səbəb olma maddəsindən bəraət verilib. O, külli miqdarda rüşvət almaqda təqsirli bilinərək məhkəmə zalında 3 il 6 aylıq həbs olunub. Dörd ay sonra isə apellyasiya instansiyası onu azadlığa buraxıb. Lakin həmin qərar da prokurorun protesti ilə ləğv edilir. 2024-cü ilin avqustunda apellyasiya instansiyası cərrahı yenidən əvvəl təyin edilmiş müddətə həbsə göndərib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt