“Qızım gördü ki, atasını öldürür, gedib evdən bıçaq gətirdi” – VİDEO

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Xəbər verdiyimiz kimi, ötən gün Gəncədə ana ilə oğlu – Nazlı Paşayeva və Orxan Paşayev bıçaqlanıb, ailənin gəlini Aygün Məmmədova saxlanılıb.

Mecra.az-ın məlumatına görə, A.Məmmədovanın anası İlhamə Abdullayeva ATV-yə bildirib ki, qızı atasını müdafiə etmək məqsədilə bu addımı atıb.

“Qızım gördü ki, atasını öldürür, getdi evdən bıçağı gətirdi. Orxanın ayağından, ya hansı nahiyəsindən dəyib bilmirəm. Birdə gördüm ki, Nazlı gəldi, qızımın yaxasından yapışıb geri çəkmək istəyəndə Nazlı özü də yerə yıxıldı, qızım da onun üstünə yıxıldı. Həmin vaxt da bıçaq onun qolunu kəsdi”,- İ.Abdullayeva bildirib.

Qeyd edək ki, ana və oğul bıçaq xəsarəti ilə Gəncədə yerləşən xəstəxanalardan birinə gətiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri stabildir.

Saxlanılan 31 yaşlı A.Məmmədova isə iki uşaq anasıdır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt