Cəlilabadda növbəti asfaltlanma işləri görülür – FOTOLAR

Cəlilabad rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq asfalt örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan küçələrdə asfaltlanma işləri davam etdirilir.

Mecra.az xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyəti şəhərdaxili küçələrin asfaltlanmasını daim diqqətdə saxlayır, bu istiqamətdə təmirə ehtiyacı olan küçələrin siyahısı müəyyənləşdirilib, ayrılmış büdcəyə uyğun olaraq növbəlilik əsasında asfaltlanma işləri aparılır. Hazırda şəhid Məhərrəm Hüseynov, şəhid Əliyev Camal, şəhid Vüqar Mürsəlov, Kərim Kərimov, Səməd Vurğun, Əlixan Rəhimov, Vüqar Niftullayev, Nazim Hikmət, Məlik Quliyev və Dədə Qorqud küçələrində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanılmışdır.

Qeyd edək ki, ilin sonunadək Cəlilabad şəhəri üzrə 19, Göytəpə şəhəri üzrə 6 küçənin asfaltlanması üçün müvafiq layihə-smeta sənədləri hazırlanmışdır.

Görülən işlərdən yerli sakinlər məmnunluqlarını ifadə edirlər və cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirirlər.

 

👁 baxış