Hərbi prokuror şəhid Pəncəli Teymurovun ailə üzvləri ilə görüşdü – FOTOLAR

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Baş prokurorun müavini – Hərbi prokuror ədliyyə polkovniki Bəhruz Əhmədov Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri ilə birlikdə şəhid Pəncəli Nurməmməd oğlu Teymurovun ailə üzvləri ilə görüşüb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Mecra.az-a verilən məlumata görə, görüş zamanı Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə və qazilərə hər zaman diqqət və qayğının göstərildiyi vurğulanıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın onlara hər zaman dəstək olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin Vətən müharibəsində əldə edilən tarixi Qələbədən, hərbçilərimizin qəhrəmanlıqlarından və xalqımızın əzmkarlığından bəhs edilib.

Şəhid P. Teymurovun ailə üzvləri daim diqqətdə saxlanıldıqlarına və qayğı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də aidiyyəti dövlət qurumlarına minnətdarlıqlarını ifadə ediblər.


Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt