Türkiyədə neçə azərbaycanlı tələbə təhsil alır?

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Hazırda Türkiyədə 45000 nəfərə yaxın azərbaycanlı tələbə təhsil alır.

Mecra.az xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyindən (TKTA) məlumat yayıb.

Bildirilib ki, ümumilikdə 2019-2024-cü illər üzrə xaricdə əldə olunan kvalifikasiyaların tanınması üzrə TKTA-ya 22578 müraciət daxil olub. Bu müraciətlərin 5327-si Türkiyədən əldə olunan kvalifikasiyaların payına düşür.

Qeyd olunan ötən altı ilə münasibətdə Türkiyədən əldə olunan kvalifikasiyaların tanınması barədə müraciətlərin 5107-si müsbət qərar, 220-si barəsində isə imtina qərarı verilib.

İmtina qərarlarının səbəbləri arasında “açık öğretim” təhsilalma forması üzrə 35,9%, ekvivalentliyi olmayan ixtisaslar üzrə 29,23%, fiziki olaraq xarici ATM-də normativ təhsil müddətindən az olanlar üzrə 15,38%, autentik olmayan  təhsil sənədi təqdim edənlər üzrə 11,28%, distant təhsil üzrə 8.21%  təşkil edib. İmtina səbəblərinə nəzər saldıqda, bir çox ölkələrdə olduğu kimi Azərbaycan qanunvericiliyində də nəzərdə tutulmayan “açık öğretim” təhsilalma forması üzrə əldə olunan kvalifikasiyaların tanınmama faizinin kifayət qədər yüksək olması, eyni zamanda autentik olmayan kvalifikasiyaların tanınma üçün təqdim olunması əsas diqqət yetirilməli olan məqamlardır (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt