İran ilə 12 günlük müharibədə İsrailin tətbiq etdiyi yeni mübarizə metodları və diqqət yetirəcəyimiz əsas məqamlar:
1. İsrail mövcud olan rəqəmsal platformaları, o cümlədən WhatsApp və messencer yazışmalarını hücum vasitəsinə çevirməyi bacarması;
2. İranın idarə edilməsində iştirak edən hərbi-siyası liderlərin yerdəyişməsi, iş və istirahət ünvanları, maşınları və yazışmaları İsrailin daimi nəzarət altında saxlanılması;
3. Tehranın mərkəzində yüksək rütbəli iranlı komandirlərin hətta yataq otağında tapılıb aradan qaldırılması İranın xüsusi rabitə sisteminin yararsız olması və ya ümumiyyətlə belə bir sistemin olmaması;
4. İranda dövlət idarəedilməsində şifrəli rabitə vasitələrindən istifadə edilməməsi;
5. İran ərazisi bu müharibədə həm İsrailin yeni silahlı və hibrid mübarizə metodlarının sınaqları və inkişafı üçün, həm də ABŞ-nin bunker əleyhinə bombaları üçün poliqon rolunu oynaması;
6. İrana qarşı istifadə edilən müasir informasiya texnologiyaları yaxın və orta perspektivdə baş verə biləcək müharibələrin əsas elementlərindən olması, bu məqsədlə Azərbaycan olaraq beynəlxalq İT şirkətləri və proqram təminatı istehsalçıları ilə sıx əlaqələrin qurulması, bu məqsədlərlə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə zəruri olan əlavə imkanların yaradılması;
7. Mövcud Rusiya və İran təhdidlərini neytrallaşdırmaq məqsədilə Türkiyə, ABŞ, İsrail, Pakistan və s. tərəfdaşlarla daha üstün imkanlara malik regional təhlükəsizlik çətirinin yaradılması.
Ədalət Verdiyev,
hərbi ekspert
👁 baxış
