Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib.

Mecra.az xəbər verir ki, bu barədə “Teleqraf”a onun yaxınları məlumat verib.

Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi – red.) və psixoloq Nilufər Abdulla “Etalon” hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib.

1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır.

Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən piylərin alınması məqsədilə edilir. Bu əməliyyat bədən şəkilləndirmədə tək və ya üz gərmə, abdominoplastika, ayaq gərmə ilə birgə mümkün olan hallarda edilə bilər (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt