Qəbələdə 11-ci sinif şagirdi cinayət törətdi – Anasına əxlaqsız deyən qonşusunu bıçaqladı

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Qəbələdə 11-ci sinif şagirdi qonşusunu bıçaqlayıb.

Mecra.az xəbər verir ki, hadisə rayonun Həmzəli kəndində baş verib.

Kənd sakini, 2008-ci il təvəllüdlü Əbülfət Məmmədov (soyad şərtidir) kənd sakinlərindən məlumat alıb ki, qonşuları Zamiq adlı şəxs onun xəstəxanada işləyən anasının əxlaqsız olduğu barədə məlumat yayır. O, bu barədə bir neçə dəfə danışsa da, Zamiq heç kimə məlumat vermədiyini bildirib.

Hadisədən bir neçə gün sonra Əbülfətin ailə üzvləri kənd ərazisindəki torpaq sahəsini satışa çıxarıb və sahəni almaq üçün hərbi geyimli müştəri onlara gəlib. Ailə ilə alıcı torpaq sahəsi barədə razılıq əldə edib və hərbçi evinə gedib. Məlum olub ki, məsələdən xəbər tutan Zamiq hərbçini izləyərək kəndin kənarında ona yaxınlaşıb və həmin torpağı almamağı məsləhət görüb. O hərbçiyə bildirib ki, həmin ailə əxlaqsızdır. Nəticədə hərbçi torpaq sahəsini almaqdan vaz keçib.

Bu barədə məlumat alan Əbülfət yenidən Zamiqə zəng vuraraq, onu söhbətə çağırıb. Zamiq şəxsi avtomobili ilə Əbülfətin yanına gəlib, onu avtomobilinə mindirərək kəndin kənarına aparıb. Onlar həmin ərazidə yenidən mübahisə etməyə başlayıblar. Bu vaxt Əbülfət cibində gətirdiyi bıçaqla Zamiqə zərbə endirib. Polis əməkdaşları yaralını xəstəxanaya yerləşdirib və faktla bağlı cinayət işi başlanıb.

Qəbələ rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ə.Məmmədov saxlanılıb və istintaqa təhvil verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə yeniyetməyə üç il azadlıqdan məhrumetmə cəzası təyin edilsə də, məhkəmə onun yeniyetmə olduğunu və ilk cinayət törətdiyini nəzərə alaraq cəzasını şərti hesab edib (oxu.az).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt