Cəlilabadda “Bir Qurtum Su, Bir Can Həyat” aksiyası keçirildi – FOTOLAR

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

İsti Havalarda Heyvanlara Su Verək!

Yay aylarında təkcə insanlar deyil, küçələrdə yaşayan sahibsiz heyvanlar da dözülməz istidən əziyyət çəkir. Onların ən çox ehtiyac duyduğu şey – sudur!

Küçə heyvanları isti havalarda su tapa bilmədikləri üçün susuzluqdan əziyyət çəkir, bəzən həyatlarını belə itirirlər. Biz isə çox sadə bir addımla – bir qab su ilə onların həyatını dəyişə bilərik.

Cəlilabad Bələdiyyəsinin təşəbbüsü, Kommunal Müəssisələr Kombinatının dəstəyilə 07 avqust 2025-ci il tarixdə “Bir Qurtum Su, Bir Can Həyat” aksiyası keçirilib. İsti havalarda küçə heyvanlarının susuzluqdan əziyyət çəkməməsi üçün Cəlilabad şəhər ərazisinə su qabları qoyulmuşdur.

Gəlin birlikdə bu aksiyaya qoşulaq:

✅ Evimizin, binamızın qarşısına bir qab təmiz su qoyaq.
✅ Su qablarını gündəlik təmizləyək və dolduraq.
✅ Dostlarımızı və qonşularımızı da bu aksiyaya dəvət edək.
✅ Sosial şəbəkələrdə şəkillər paylaşaraq maarifləndirmə aparaq.
✅ Uşaqlarımıza mərhəmət hissini aşılayaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt