Cəlilabaddan Bakıya işləməyə gedən usta faciəvi şəkildə öldü

Bakıda tikintidə bədbəxt hadisə baş verib.

Mecra.az xəbər verir ki, Cəlilabad şəhər sakini, 1965-ci il təvəllüdlü Rizvan Kamil oğlu Şahbazov Bakı şəhərinin ərazisində qeyri-yaşayış obyektində usta işləyərkən hündürlükdən yıxılıb. O, aldığı xəsarətlərdən yaşadığı evdə ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır (lent.az).

👁 baxış