“90 yaşım var, güclə beş addım atıram…” – Artur Rasi-zadə

XƏBƏR XƏTTİ
Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Rəşad Məcidə ağır itki•Bakıda universitetin yataqxanasında tələbənin meyiti tapıldı•

ölkənin sabiq Baş naziri Artur Rasi-zadə Xalq yazıçısı Elçin Əfəndiyevin vida mərasiminə qatılmayıb, bu isə müzakirələrə səbəb olub.

Mecra.az məlumatına görə, Manset.az məsələ ilə bağlı A.Rasi-zadədən açıqlama alıb.

O bildirib ki, səhhətindəki problemlərlə əlaqədar mərasimdə iştirak edə bilməyib: “Mən güclə beş addım atıram. Qan təzyiqim yüksəkdir, mənim üçün bu istilərdə çölə çıxmaq çox çətindir. Elçinin həyat yoldaşı ilə danışdım, başsağlığı verdim. Səhhətimlə bağlı vida mərasiminə getməmişəm. Elçin Əfəndiyevlə çox yaxşı münasibətim olub. Onun kiçik qızı ilə nəvəm rəfiqədir. Yanıma da gəlmişdilər. Bu cür iddialar əsassızdır, boş, axmaq söhbətlərdir. İnsanıq, xəstə ola bilərik, 90 yaşım var. Başqa nə ola bilər ki? Mənim yeganə qızım da, nəvəm də orada iştirak edib. Mərasimə əklil də göndərmişəm”.

Xatırladaq ki, tanınmış yazıçı, ictimai-siyasi xadim, uzun illər Baş nazirin müavini vəzifəsində çalışmış Elçin Əfəndiyev avqustun 3-ü vəfat edib.

Qeyd edək ki, Elçin Əfəndiyev 1993-cü ildən 2018-ci ilə qədər Azərbaycan Baş nazirinin müavini vəzifəsində çalışıb. O, 1996-cı ildən ölkənin sabiq Baş naziri Artur Rasi-zadə ilə birgə işləyib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt