Avtomobil darvazaya çırpıldı – Sürücü öldü, 2 nəfər yaralandı

XƏBƏR XƏTTİ
Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Metronun iş rejimi 4 günlük dəyişdirilir•Yağış yağacaq – Sabahın havası•Xankəndi Stadionu açıldı – FOTOLAR•

Şabranda ağır yol qəzası baş verib.

Mecra.az xəbər verir ki, rayon sakini 2001-ci il təvəllüdlü Ramazan Süleymanovun sürdüyü “Daewoo Gentra” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə maşın Şabran şəhəri Heydər Əliyev prospektində məktəbin yaxınlığında yerləşən yaşayış evinin darvazasına çırpılıb.

Hadisə nəticəsində sürücü Ramazan Süleymanov ölüb, avtomobildə olan sərnişinlər – 2005-ci il təvəllüdlü Kamal Əhmədov və 2001-ci il təvəllüdlü Ümid Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır (Qafqazinfo).

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt