“Böyük qardaşı əsgər gedir, onu qeyd etməyə gəliblər” – Dənizdə batan məktəblilərin valideynləri danışdı

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

Xəbər verdiyimiz kimi, Abşeron rayonunun Novxanı kəndində dənizdə 2 məktəbli- Kosayev Tacir Azad oğlu və Novruzov Aqil Nahid oğlu batıb.

Mecra.az Sumqayit24.az-a istinadən xəbər verir ki, məktəblilərin valideynləri hadisə ilə bağlı danışıb.

“Balam gəldi məni qucaqladı, pul istədi. Dostum əsgər gedir, mən də onlarla gedim dedi. Balam o gedən getdi”, – deyə Aqilin anası bildirib.

Valideynlərin sözlərinə görə, hadisə axşam saatlarında baş verib.

“Böyük qardaşı əsgər gedir, onu qeyd etməyə gəliblər. Yemək yeyib dənizə giriblər. Həm qonşunun oğlu, həm də mənim oğlum batıb”, – Tacirin atası deyib.

Qeyd edək ki, hazırda hadisə yerində müvafiq qurumlar tərəfindən axtarış-xilasetmə işləri davam etdirilir.

Daha ətraflı videoda:

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt