Goranboyda DƏHŞƏTLİ QƏZA, ölənlər var – FOTO

XƏBƏR XƏTTİ
Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•Yağış yağacaq, külək güclənəcək – Sabahın havası•Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu – VİDEO•Prezident həmkarını təbrik etdi•Bakıda temperatur 7-8 dərəcə enəcək – Növbəti 3 gün…•Dondurucu soyuqlar gəlir – Xəbərdarlıq•“Xəzər Xəbər”in tanınmış aparıcısı kanaldan ayrıldı•Sabah bu rayonda qaz olmayacaq – Xəbərdarlıq•Sabahın ulduz falı: Bir bürcə risk, digərinə xoş xəbər•

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Mecra.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hyundai” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza nəticəsində 4 nəfərin öldüyü bildirilir.

***

“Qafqazinfo”nun xəbərinə görə, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Ayşən Fərrux qızının idarə etdiyi “Hyundai” markalı avtomobil Goranboy rayon ərazisində idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücünün anası və qızı aldığı xəsarətdən hadisə yerində ölüblər.

Sürücü və iki övladı – 2016-cı il təvəllüdlü Məmmədli Əsmər Samir qızı və 2021-ci il təvəllüdlü Məmmədli Əlixan Samir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt