Liderlər Yeni Şuşa məscidində oldular – FOTOLAR

XƏBƏR XƏTTİ
Paytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdırPaytaxtın iki rayonunda işıq kəsiləcəkÖzbəkistanda Azərbaycan dili öyrədiləcək24 sentyabrda bizi nə gözləyir? – Ulduz falı30-a yaxın şagirdin təhsili yarımçıq qalıb: Valideynlərdən TƏLƏB – VİDEOƏrdoğanla Paşinyan Nyu-Yorkda görüşdü – FOTOİcra başçısı Hacıismayıllı sakinləri ilə görüşdü – FOTOLAR“Həcc ziyarəti üçün qiymət artımı qaçılmazdır” – QMİƏfv edilənlər kimlərdir? – 5-i xarici ölkə vətəndaşıdır

Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu gün Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar.

Mecra.az xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Türkmənistan Xalq Məsləhətinin sədrinə həyata keçirilən işlər haqqında məlumat verib.

Bildirilib ki, təməli 2021-ci ildə dövlətimizin başçısı tərəfindən qoyulan və memarlıq həlli rəmzi xarakter daşıyan məscid tarixi şəhərdə modern memarlıq nümunəsi kimi seçiləcək. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən məscidin forması 8 rəqəmini əks etdirəcək. Bu da öz növbəsində Şuşanın işğalçılardan azad olunduğu günü – Zəfər Gününü simvolizə edəcək. Məscidin iki minarəsi isə 11 rəqəmi formasında olacaq. Bu isə Şuşanın və Qarabağın işğaldan ilin on birinci ayında azad edilməsinin rəmzidir. Minarələrinin hündürlüyü 72 metr olacaq məscid Şuşanın yuxarı hissəsində inşa edilir. Bu ibadət ocağının binasının xarici səthi Şuşanın qədim məscidinin minarələrində istifadə edilən həndəsi naxışlarla bəzədiləcək. Hazırda işlərin 60 faizindən çoxu həyata keçirilib. Məscidin inşasının gələn il yekunlaşdırılması nəzərdə tutulub.








Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt