Putinin bu gün işdən çıxardığı nazir intihar etdi

XƏBƏR XƏTTİ
Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Prezident onlara ali hərbi rütbələr verdi – Adlar•Prezident Ağdama getdi – Fotolar – Yenilənib•

Bu gün Rusiyanın nəqliyyat naziri vəzifəsindən azad edilən Roman Starovoyt ölü tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “İzvestiya” nəşri məlumat yayıb.

“Roman Starovoytun cəsədi Odintsovo şəhərindəki evində tapılıb”, – məlumatda deyilir.

İlkin məlumata görə, 53 yaşlı Starovoyt intihar edib.

Qeyd edək ki, R. Starovoyt bu gün Rusiya Prezidenti Vladimir Putinin Fərmanı ilə Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsindən azad edilib. Rusiya KİV-nin məlumatına görə, bu, bir müddət öncə yüzlərlə uçuşu dayandıran və sərnişinləri hava limanlarında gecələməyə məcbur edən Rusiya hava limanlarındakı xaosdan dərhal sonra baş verib. Nazirin işdən çıxarılması qərarının hadisə ilə bağlı olub-olmadığı məlum deyil.

Roman Starovoyt 2024-cü ilin mayından nazir vəzifəsini icra edirdi. Bundan əvvəl o, Kursk vilayətinin qubernatoru olub.

***

Rusiya İstintaq Komitəsi Roman Starovoytun güllə yarası ilə meyitinin tapıldığını təsdiqləyib.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt