Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin yekun nəticələri açıqlandı

XƏBƏR XƏTTİ
Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•Külək güclənəcək – Xəbərdarlıq•Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı•“Ötən illə müqayisədə bu il gömrük və yol xərcləri artıb…” – Fermer toxumluq kartofun qiymətindən danışdı•Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi•Prezident Ağdamda zeytun ağacı əkdi – Fotolar•Cəlilabadda payızlıq kartof sahələri xəstəlik səbəbindən yanıb – VİDEO•Cəlilabad Peşə Təhsil Mərkəzində “Zəfərdən İlhamlanaq” adlı bayram tədbiri keçirildi – FOTOLAR•General rütbəsi verilən hərbçilər kimlərdir? – FOTO•

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəb və mərkəzlərinə direktor və direktor müavinlərinin işə qəbulu üzrə keçirilmiş müsabiqənin yekun nəticələri elan edilib.

Mecra.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Müsabiqənin test mərhələsində keçid balını toplamış namizədlərdən 42 nəfəri müsahibə mərhələsində iştirak etmiş, onlardan 20-si müxtəlif vəzifələr üzrə uğur qazanmışdır.

Namizədlər “MyCulture” vahid şəxsi kabineti vasitəsilə müsabiqə nəticələri ilə tanış ola bilərlər.

Müsabiqə şərtlərinə əsasən, uğur qazanmış namizədlər beş iş günü ərzində “MyCulture” vasitəsilə vakansiya seçimi edə bilərlər.

Qeyd edək ki, uğur qazanmış namizədlər ən azı 5, ən çoxu isə 20 vakansiya seçmək hüququna malikdirlər.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt