Yağış yağacaq, şimşək çaxacaq – SABAHIN HAVASI

XƏBƏR XƏTTİ
Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•Dövlət qurumlarının avtomobilləri ucuz qiymətlə satışa çıxarılır – Siyahı•Bu ərazilərdə işıq olmayacaq – Xəbərdarlıq•Gəncədə korrupsiya əməliyyatı – Həbs olunan var•“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı – Həbs olunanlar var•Azərbaycanlı qadının Türkiyədə çıxışı gündəm oldu – VİDEO•Cəlilabadda ağır qəza: Xəsarət alanlar var – VİDEO•3 marşrutun hərəkət istiqaməti sabahdan dəyişir•Respublika Diaqnostika Mərkəzinin direktoru nazirin müşaviri oldu – FOTO•

İyulun 2-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Mecra.az-a verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 26-29° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 50-55% proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında bəzi yerlərdə fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-22° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Etiketlər:
Paylaş:FacebookTelegramWhatsAppLinkedInE-poçt